13 iyun 2014 18:05
Dinamo İnterin futbolçusunu istəyir
"İnter"in müdafiəçisi Laşa Salukvadze paytaxt klubunu tərk edə bilər. Azerisport.az xəbər verir ki, onun xidmətində Tiflis "Dinamo"su maraqlıdı.
Gürcüstan yığmasının arxa xətt oyunçusu son ölkə çempionu olan bu komandaya Çempionlar Liqasında kömək etmək üçün lazımdı. Hazırda klublar arasında danışıqlar davam edir. Çünki tərəflər maliyyə məsələsində ortaq məxrəcə gələ bilmirlər.
Qeyd edək ki, Salukvadze 2004-cü ildə "Dinamo"da çıxış edib.
