13 iyun 2014 17:03
Neftçi İmamverdiyev ilə müqavilə yenilədi
“Neftçi” futbolçu Cavid İmamverdiyevlə müqaviləsini yeniləyib. Azerisport.az xəbər verir ki, müqaviləyə əsasən futbolçu 2018-ci ilə qədər “Neftçi”yə məxsusdu.
Qeyd edək ki, Türkiyənin “Ankaraspor” AS klubu Cavid İmamverdiyevi icarə əsasında transfer etməklə bağlı “Neftçi”yə rəsmi müraciət ünvanlayıb və iki klub arasında danışıqlar davam edir. (klub saytı)
