13 iyun 2014 16:55
ABŞ DÇ-2022-yə ev sahibliyi edəcək?
ABŞ-ın DÇ-2022-yə ev sahibliyi etmə şansı yaranıb. Azerisport.az xəbər verir ki, bu haqda xarici KİV-lər xəbər yayıb.
Belə ki, FİFA ABŞ Futbol Federasiyasıyla əlaqə yaradıb. Xəbərdə bildirilri ki, amerikalılar 2022-ci ildə keçiriləcək dünya çempionatının hazırlıqlarına başlamaq üçün göstəriş alıblar. Bildiyiniz kimi turniri keçirmək hüququ Qətərə verilib. Amma bundan sonra yaranan bir sıra korrupsiya qalmaqalları deyəsən, FİFA-nı fikrindən daşındırıb.
Bir müddətdi FİFA-nın ev sahibliyi hüququnu dəyişəcəyi iddiaları dolaşırdı.
