Rinat Bilyaletdinov: Ruslan Abışovun əsas problemi...
Rusiyanın "Rubin" klubunun müdafiəçisi Rinat Bilyaletdinovun azerisport.az saytına müsahibəsi
- Ruslan Abışovla bağlı fikirlərinizi bilmək istərdik...
- Onun haqda nə deyə bilərəm ki? Hər komandada olduğu kimi, "Rubin"də də əsas heyətə ən güclü futbolçular düşür. Ruslan gənc olsa da, yaxşı futbolçudu. Məşqlərdə çalışır. Amma düzünü demək lazımdısa, o, komanda yoldaşları ilə rəqabətdə geri qalır. Əsas heyətə də buna görə düşə bilmir.
- Yəni Abışovun heyətə düşə bilməməsinin yeganə səbəbi rəqabətdə uduzmasıdı?
- Bəli. O, yaxşı, mədəni insandı. Amma bu keyfiyyətləri "Rubin"in əsas heyətinə düşməsi üçün yetərli deyil.
- Siz Azərbaycanın iki klubunun - "Xəzər Lənkəran"la "Qəbələ"nin Abışovun xidmətində maraqlı olduğunu bilirsiz?
- Klubların dəqiq adlarını bilmirəm. Amma bilirəm ki, onunla maraqlanırlar.
- Siz futbolçunuzu buraxacaqsız?
- Məmnuniyyətlə. Qoy gedib təcrübə toplasın. Əgər futbolçu sabit çıxış etmirsə, 2-3 il sonra gözdən itir. Abışov üçün ən yaxşısı digər kluba getmək, orada daha çox oyun keçirməkdi. Doğma vətəninə qayıtması daha yaxşı olardı.
- Maraqlıdı ki, siz "Rubin"ə yeni gələndə Abışovu həm müdafiədə, həm yarımmüdafiədə sınadız. Amma sonradan futbolçumuzu meydana buraxmadız. Niyə?
- Mən ondan imtina etməmişəm. Həmin vaxt bütün futbolçularımızı müxtəlif mövqelərdə sınaqdan keçirirdim. Ruslanı da yoxladım. Rəsmi oyunlarda isə ən güclü futbolçulara şans verməyə məcbur idim.
- Deməli, indiki halda Abışovun "Rubin"də qalmasını istəmirsiz?
- Ruslana bu rəqabətdən qalib ayrılmaq çətin olacaq. Ona görə də mən indi dəqiq heç nə deyə bilmərəm. Ruslanın əsas problemi sakitliyidi. Onun xarakteri "Rubin"in əsas heyətinə düşməsinə mane olur. Ona görə də mən bu futbolçunu komandamızın əsas oyunçusu kimi görmürəm.
