13 iyun 2014 15:30
Çertoqanov: Kiməsə lazım olsam, oynamağa hazıram
Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Çertoqanov gələcək planlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələ harada oynayacağımı bilmirəm. Kiməsə lazım olsam, karyeramı davam etdirməyə hazıram. Mümkündü ki, elə "Sumqayıt"a qayıdım".
Qeyd edək ki, Çertoqanov son mövsümü məhz "Sumqayıt"ın heyətində keçirib.
