13 iyun 2014 14:25

Ramaldanov: Xorvatların bizi darmadağın edəcəyini düşünmürəm

Futbol üzrə Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanovun azerisport.az saytına müsahibəsi

- Ötən gecə keçirilən dünya çempionatının açılış matçına - Braziliya - Xorvatiya görüşünə (3:1) baxdınız?
- Bunu necə buraxmaq olardı? Etiraf edim ki, braziliyalıların qələbə qazanmasını istəmirdim. Qonaqlara simpatiyam vardı. Hakim çox şübhəli penalti təyin etdi.

- Bu Xorvatiya yığması ilə bizi oktyabrda seçmə mərhələ oyunu gözləyir. Qorxulu təsir bağışlamadılar?
- Qorxulu deyildilər. Amma çox güclü komanda olduqlarını qeyd etməliyəm. Çox xoşuma gəldilər. Əks-hücum etməyi bacarırdılar. Hətta onların bu oyunda qələbə qazanacağını düşünürdüm.

- Sizə elə gəlmir ki, bu komanda yığmamızı oktyabrda darmadağın edə bilər?
- (gülür) İndidən bunu demək çətindi. Ümid edirəm ki, bizi darmadağın edə bilməzlər. Amma istənilən halda bizə çətin olacaq.

- Razısız ki, indiki halda onlar hətta İtaliyadan da güclüdülər?
- Mənə də elə gəlir ki, xorvatlar bizim qrupun favoritləridi və bu komandaya qarşı mübarizə aparmaq çox çətin olacaq.

- DÇ-də hansı komandaya üstünlük verirsiz?
- Elə bir xüsusi komandam yoxdu. Daha çox yaxşı futbol görmək istəyirəm. Amma konkret bir komanda seçməli olsam, mundialın qalibi kimi fransızları görmək istərdim. Onlara Zidanın dövründən simpatiyam var.

- "Xəzər Lənkəran" nə vaxt toplaşır?
- İyunun 24-də.

- Avrokuboklarda iştirak etməməyiniz sizə düşüb...
- (gülür) Avrokuboklarda oynamağımız daha yaxşı olardı.

- Oğuz Çətinin baş məşqçi təyin olunmasını necə qarşıladınız?
- Müsbət. Biz onun rəhbərliyi altında son mövsümdə də məşq etmişik. Özünü yaxşı tərəfdən göstərə bilib. O, son mövsümdəki işi ilə göstərdi ki, komandaya rəhbərlik edə bilər. Komandanı çıxardığı 5 oyundan dördündə qələbə qazandıq, yalnız birində heç-heçə oldu.

- Komandada qalacaqsız, ya harasa getmək fikriniz var?
- Heç yerə getməyə hazırlaşmıram. Mənim hələ klubla bir illik müqaviləm var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.