13 iyun 2014 13:07
Qarabağ makedoniyalı ilə güclənə bilər
Makedoniyalı müdafiəçi Eqzon Belika karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, onun "Qarabağ"ın maraq dairəsində olduğu bildirilir.
24 yaşlı "stopper" ağdamlılara menecerlər tərəfindən təklif olunub. "Atlılar"ın məşqçi korpusu Belikanı komandanın təlim-məşq toplanışında sınamağı planlaşdırır.
Qeyd edək ki, müdafiəçinin son klubu "Şkendiya" olub.
