12 iyun 2014 12:55
Azərbaycanlı futbolçu La Liqaya çıxmağa yaxındır
İspaniyada La Liqaya vəsiqə uğrunda ilk pley-off oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası, mövsümün yekunlarına görə Sequndada dördüncü yer tutmuş “Real Mursiya” “Kordoba” ilə qarşılaşıb.
Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.
İsrafilov meydanda 90 dəqiqə mübarizə aparıb və oyunun 3-cü dəqiqəsində sarı vərəqə alıb.
La Liqaya çıxacaq komandanı müəyyən edəcək cavab oyunu iyunun 15-də keçiriləcək.
