12 iyun 2014 12:22

The Star Şeffild Uensdeyin satış məbləğini açıqlayıb

Britaniya KİV-i İngiltərənin Şeffild Uensdey klubunun həmyerlimiz, iş adamı, “Bakı” FK-nın prezidenti Hafiz Məmmədov tərəfindən alınmasını müzakirə etməkdə davam edir. Azerisport.az xəbər verir ki, Britaniyanın “The Star” nəşri dünyanın ən qədim klublarından birinin alınmasına sərf edilmiş məbləği acılayıb.
“Bir neçə ay davam etmiş müzakirələrdən sonra “Şeffild Uensdey” azərbaycanlı iş adamı Hafiz Məmmədov tərəfindən alındığını təsdiqləyib. Saziş məbləği təqribən 40,4 milyon funt-sterlinqdir (50 milyon avro). Bu məbləğ həmçinin, Məmmədovun kluba nə qədər investisiya yatıracağı haqda sual doğurur.
Əvvəllər, ötən yay azərbaycanlı iş adamı Fransanın “Lans” klubun aldı. Məlumata görə bu sövdələşməyə 20 milyon avro xərclənib. Bu saziş komandaya yenidən qurularaq, mövsümn yekunlarına görə Fransa yüksək liqasına vəsiqə əldə etməyə imkan verdi.
Milan Mandariç vəd edib ki, “bayquşlar”ın yeni sahibinə Çempionşipdə uğur əldə etməyə kömək etmək üçün, mümkün hər şeyi edəcək. Klubun sədri vəzifəsində qalacaq Mandariç Məmmədovu “xüsusi adam” kimi təsvir edib və onun komandanın premyer-liqaya qayıtmasına kömək edəcəyinə əminliyini dil gətirib.
Mandariçin sözlərinə görə o, klubun yeni sahibinə inanır: “Mən düşünürəm ki, azarkeşlər mister Məmmədovdan məmnun olacaqlar və o, xoş təəssürat yaradacaq. Mən onun baxışlarını dəstəkləmək üçün hər şey edəcəyəm. O, futbol adamıdır və bu böyük kluba nə lazım olduğunu gözəl başa düşür”, “The Star” yazır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.