12 iyun 2014 11:05
Qəbələ Sloveniyaya yollandı
"Qəbələ" Sloveniyaya təlim-məşq toplanışına yollanıb. Azerisport.az xəbər verir ki, komanda Maribor yaxınlığındakı qəsəbələrdən birində məskunlaşacaq.
Yeni baş məşqçisi bəlli olmayan qəbələlilər burada iyunun 27-nə kimi toplanış keçəcəklər. Komanda səfərə məşqçilər - Sənan Qurbanov və Dmitri Kramarenkonun rəhbərliyi altında yola düşüb.
