12 iyun 2014 18:45
Neftçi artıq Boludadı
“Neftçi” yeni mövsümə hazırlığının ilk mərhələsinə start verib. Azerisport.az xəbər verir ki, bu gün səhər saatlarında Türkiyəyə yola düşmüş komanda Bolu şəhərində yerləşən “Koru” otelində məskunlaşıb.
Hazırlığın ilk mərhələsində əsasən fiziki təlimlərə üstünlük veriləcək. İyun ayının 28-ə kimi davam edəcək hazırlıq müddətində komandamız bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. (klub saytı)
