Şeffildin məşqçisi: Kimsə kluba 40 milyon xərcləyirsə, onun dəyişiklik etməyə haqqı var
İngiltərənin "Şeffild Uensdey" komandasının məşqçisi Li Bullen klubun azərbaycanlı iş adamı, "Bakı"nın prezidenti Hafiz Məmmədov tərəfindən alınmasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"İndi klub üçün həyacanlı dövrdü. Amma mən o qədər də sadəlövh deyiləm və başa düşürəm ki, bu dəyişiklik başqa dəyişikliklərə də səbəb olacaq. Ona görə mən bir qədər həyacanlanıram. Çünki yeni rəhbərlik gələrkən sən bilmirsən ki, nə baş verəcək.
Amma mən əminəm ki, Stüart Qrey şans qazanmağı haqq edir. Ən azından o, öz fikirlərini yeni rəhbərliklə bölüşə bilər. Stüartın Məmmədovla görüşü olacaq. Amma hazırda o, ölkə xaricindədi.
Bu görüş baş tutmadığına görə hələ heç nə bəlli olmayacaq. Əgər kimsə 40 milyon funt-sterlinq xərcləyirsə, onun müəyyən dəyişikliklər etməyə haqqı var. Amma yenə də deyirəm ki, Stüart bu komanda üçün çox şeylər edib və ona şans verilməlidi". (Sky Sports)
