Kalonas İsrail klubuna keçidi barədə xəbərləri təkzib etdi
Məxsus olduğu "Bakı"da qalmaqallarla yaddan qalan litvalı Mindauqas Kalonas paytaxt klubundan ayrılıdığı barədə xəbərləri təkzib edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, düz deyil. Mən "Hapoel"ə keçməmişəm. Bir qədər də gözləyin, mənim hansı kluba keçəcəyimi biləcəksiz".
Qeyd edək ki, Kalonasın bundan sonra İsrail çempionatında çıxış edəcəyi bildirilir. Onun Hayfa "Hapoel"i ilə 2 illik müqavilə imzaladığı barədə xəbərlər var. Bu barədə sözügedən klubun rəsmi saytında da xəbər yerləşdirilib.
Sonda onu da bildirək ki, litvalı yarımmüdafiəçi "qış transfer" pəncərəsi zamanı "Simurq"a yollansa da, baş məşçi George Çixradze ilə yola getməyərək, mövsümün sonunda yenidən "Bakı"ya qayıtmışdı. Kalonasın Azərbaycanda oynadığı ilk klub isə "Rəvan" olmuşdu.
