12 iyun 2014 15:47
Simurqun müdafiəçisi Bosniya klubuna keçir
"Simurq"un bosniyalı müdafiəçisi Dilaver Zrnanoviç ölkəsinə qayıdır. Azerisport.az xəbər verir ki, o, hazırda "Sarayevo" ilə danışıqlar aparır.
Danışıqlar uğurla yekunlaşsa, tərəflər yaxın günlərdə müqaviləyə imza atacaqlar.
Qeyd edək ki, Zrnanoviç üç il əvvəl də "Sarayevo"da çıxış edib.
