12 iyun 2014 15:24
Rauf Əliyev Xəzər Lənkəran ilə müqavilə bağlamağa yaxındı
"Bakı"nın hücumçusu Rauf Əliyev paytaxt klubunu tərk etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, yığmamızın da şərəfini qoruyan futbolçu hazırda "Xəzər Lənkəran"la danışıqlar aparır.
Kluba yaxın mənbələrdən aldığımız məlumata görə, Əliyevin cənub təmsilçisinə keçidi zaman məsələsidi. Yaxın günlərdə tərəflərin rəsmi müqaviləyə imza atması gözlənilir.
