12 iyun 2014 14:55
Neftçi Türkiyə toplanışına başladı
“Neftçi” Türkiyənin Bolu şəhərinə yollanıb. Azerisport.az xəbər verir ki, “Flaqman” burada avrokuboklara hazırlığın birinci mərhələsinin keçəcək.
Legionerlər komandaya Türkiyədə qoşulacaqlar.
Bakılılar orada iyunun 28-nə qədər qalacaqlar. İyulun 1-də isə Avstriya toplanışına start veriləcək.
Xatırladaq ki, bakılılar Avropa Liqasının təsnifat mərhələsində iştirak edəcəklər.
