12 iyun 2014 01:27
XL hələ Sadiqovla müqavilə imzalamayıb
"Neftçi"nin yarımmüdafiəçisi Rəşad Sadiqovun "Xəzər Lənkəran"a keçidi hələ də rəsmi həllini tapmayıb. Azerisport.az xəbər verir ki, yığmamızın da şərəfini qoruyan futbolçunun artıq cənub klubu ilə müqavilə imzaladığı barədə xəbərlər dolaşırdı.
Lakin klubun mətbuat xidmətindən aldığımız məlumata görə, Sadiqov hələ cənublularla müqaviləyə imza atmayıb. Çünki tərəflər hələ bütün məsələlərdə razılığa gələ bilməyiblər. Hər şeyə bu həftənin sonuna qədər, yaxın iki gündə aydınlıq gəlməsi gözlənilir.
