12 iyun 2014 13:22
İnterin əvəzinə Liteksə
“İnter”in maraq dairəsində olan Sofiya MOİK-nin sabiq hücumçusu Omar Kosoko özünə yeni komanda tapıb. Azeripsort.az xəbər verir ki, Kosoko Bolqarıstan “Liteks”i ilə müqavilə bağlayıb.
Xatırladaq ki, bir müddət əvvəl “İnter” Kosokonu baxışdan keçirmək üçün toplanışda gözləsə də, hücumçu toplanışa gəlməmişdi. Bu, “bankirlər” tərəfindən futbolçudan imtina qərarı ilə nəticələnmişdi.
