11 iyun 2014 12:33
Berti Foqts: Avropanın Cənubi Amerikada keçiriləcək DÇ-də ilk dəfə qalib gəlməyə gözəl şansı var
Millimizin baş məşqçisi Berti Foqts qarşıdakı DÇ-nin favoritləri haqda fikirlərini bölüşüb. Azerisport.az Foqtsun fikirlərini diqqətinizə çatdırır:
“Braziliyalılar dünya çempionatına ümid edirlər və bütün braziliyalılar hesab edirlər ki, onların komandası artıq çempiondur. Komandaya təzyiq nəhəngdir. 1950-ci ildə olduğu kimi, Braziliya ilk dəfə DÇ-ni qəbul edən zaman. Bu, Neymar və Ko üçün problemdir.
Nəzərimcə, Avropanın DÇ-də qələbəni bayram etmək üçün gözəl imkanı var. Bu, xüsusilə Almaniya və İspaniyaya aiddir. Ən yaxşı cənubi amerikalı oyunçular Avropada çıxış edir. Biz onların zəif və güclü tərəflərini bilirik.
Birinci oyun bütün turnir üçün həlledici əhəmiyyət kəsb edəcək.
1990-cı ildə biz çempionata Yuqoslaviya yığması üzərində 4:1 hesablı darmadağınla başladıq. Nəticədə mundialda qələbə qazandıq. Məhz buna görə ilk turda Portuqaliya yığmasına qarşı oyun bizim üçün çox vacibdir. Dünyanın ikinci komandası dördüncü komandasına qarşı oynayacaq. Qalib gəlmək çətin olacaq. Ancaq bu, realdır. Hər halda, Yoahim Lövün yetirmələri əla stimul alacaqlar.
Portuqaliya KİV-nə görə, Kriştianu Ronaldu ilk oyunu buraxa bilər. Ancaq mən onlara yüz faiz inanmağa meylli deyiləm. Tamamilə mümkündür ki, bu gözdən pərdə asmaq taktikasıdır. Hətta bunsuz, Portuqaliya yığması çox güclüdür.
Təəssüf ki, “Borussiya”nın yarımmüdafiəçisi Marko Roys zədə alıb. Buna rəğmən, bizim hücum xəttində onsuz da hər şey qaydasındadır. Mahiyyətcə, biz “Bavariya”nın üslubunu təkrarlayırıq. Bizim öz oyun baxışlarımız var və bu, DÇ-də qələbəyə bel bağlamağa imkan verir.
(RP Online)
