11 iyun 2014 00:40

Hafiz Məmmədov: Çoxdan İngiltərəyə investisiya yatırmaq istəyirdim və klubu düz tapmışam

İngiltərə “Şeffild Uensdey”inin prezidenti Milan Mandariç “Bakı” FK-nın prezidenti, Fransanın “Lans” klubunun sahiblərindən biri Hafiz Məmmədovun bu klubun səhmlərinə sahib çıxmasını açıqlayıb. Azerisport.az xəbər verir ki, artıq həmyerlimiz də ingilis klubunu alması ilə bağlı fikirlərini dilə gətirib:

“Çox şadam və qürurluyam ki, biz belə gözəl klubun aksiyalarını almaqda razılığa gələ bilmişik. Mən ehtiraslı futbol azarkeşiyəm, İngiltərə futboluna dərin hörmətim var. İngiltərən olan kluba çoxdan investisiya yatırmaq istəyirdim. Ancaq klubu düz tapmaq üçün mənə vaxt lazım gəldi”.

“Düşünürəm ki, “bayquşların” iddiaları mənim iddialarımla uyğunlaşır. Onlar bizim şüarımızı təmsil edəcəklər: “Azərbaycan - Odlar diyarı”. Mən azarkeşlərə söz verirəm ki, komandanın uğur qazanması üçün  işləyəcəyəm”, deyə Məmmədov əmin edib.

Mandariç isə öz növbəsində bunları bildirib: “Mən şadam ki, Hafizlə razılığa gələ bildik. O, əsl futbol adamıdı. Bu oyunun ehtiraslı həvəskarıdı. O, bizim üç il qabaq başladığımız işi davam etdirməyə qadirdi. Özümün klubda ilk günüdə azarkeşlərə söz vermişdim ki, əgər komandanı tərk etsəm, klub olduğundan daha yaxşı vəziyyətdə olacaq və mən özümə əvəz qismində düzgün adam tapacağam. Düşünürəm ki, hər iki vədi yerinə yetirdim”.

Müqavilə futbol liqası tərəfindən təsdiq edilməlidi və bu yöndə daha heç bir şərh verilməyəcək.

Qeyd edək ki, “Şeffild Uensdey” İngiltərənin ən qədim klublarından biridi. Klub 1889-cu ildə İngiltərə futbol birliyinin - ölkənin ilk futbol strukturunun, həmçinin, 1992-ci ildə İngiltərə premyer-liqasının təsisçilərindən biri olub. “Bayquşlar” 1992-2000-ci illər aralığında premyer-liqada mübarizə aparıblar. Son illər klub Liqa 1-lə (İngiltərənin gücünə görə üçüncü liqası) Çempionşip (İngiltərənin gücünə görə ikinci liqası ) arasında “köç” ediblər. Ötən mövsümün yekunlarına görə klub 16-cı olub. Komandanı Stüart Qrey çalışdırır. Qrey bu vəzifəyə ötən mövsüm təyin edilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.