11 iyun 2014 11:48

Bülənt Korxmaz: Xəzər Lənkəran düzgün seçim edib

"Bakı" klubunun sabiq baş məşqçisi Bülənt Korxmaz azerisport.az saytına açıqlamasında Azərbaycan çempionatından, Mustafa Dənizli ilə Oğuz Çətinin Lənkərandakı karyerasından danışıb:

- Azərbaycan çempionatı başa çatdı. Nəticələr barədə məlumatınız varmı?
- İnternet vasitəsi ilə izləyirəm. "Qarabağ"ın çempion olduğunu bilirəm. "Bakı" və "“Xəzər Lənkəran”" Avropa turnirlərində iştirak etməyəcək. Son mövsüm klublar üçün uğurlu olmadı. Azərbaycanda işlədiyimdən, hər zaman sizin futbol xəbərləri ilə tanış oluram.

- Mustafa Dənizli “Xəzər Lənkəran”da çox işləyə bilmədi. Karyerası uğursuz alındı. Sizcə problem nədədir?
- Mustafa Dənizli yetərincə təcrübəli məşqçidir. Onun haqqında danışmaq çətindir. Fikrimcə, müəyyən problem oldu. Bu amil, onun işinə təsir etdi. Problemin nədə olduğunu, deyə bilmərəm. Çünki xəbərim yoxdur. Sadəcə, Dənizli özünü sübut etmiş məşqçidir. Bunu unutmaq olmaz.

- İndi komandaya Oğuz Çətin rəhbərlik edəcək...
- Oğuz Çətini təsdiqləməklə, “Xəzər Lənkəran” düzgün seçim etdi. Çətin hər zaman sona qədər çalışan və geri dönməyən insandır. O, kluba xeyir verə biləcək. Ona bir qədər vaxt verin. Çalışın, təzyiq etməyəsiniz. Təzyiq altında çalışmaq, hər zaman çətindir. Müəyyən müddət Dənizlinin yanında olub. Lənkərandakı ab-hava ona tanışdır.

- Əcnəbi məşqçilərin işi Azərbaycanda hər zaman uğurlu olmur...
- Hər bir məşqçiyə kənarda işləmək çətindir. Ona görə müəyyən zamana ehtiyac var. Kiminsə işi uğursuz ola bilər. Amma dəvət olunan məşqçiyə etimad lazımdır. Sona qədər ona dəstək olmaq gərəkdir. Ardıcıl xal itkisindən sonra məşqçiyə təzyiq etmək olmaz. Azərbaycanda çalışmışam. Fikrimcə, sizin futbolu öyrənəndən sonra nəticə qazanmaq mümkündür.

- "Bakı" klubu çempionatı mükafatsız başa vurdu. Komanda özünə gəlməkdə çətinlik çəkir...
- Hazırda komandada çalışmıram. Ona görə suala cavab vermək asan deyil. Komandanın gözəl bazası var. Nəticələrin olmamasını məşqçilər qərargahı izah edə bilər. Bu barədə danışmaq istəməzdim.

- Dünya çempionatını izləmək üçün Braziliyaya yollanacaqsınız?
- İşlərimlə əlaqədar Braziliyaya getməyəcəyəm. Türkiyə millisi də orada olmayacaq. Adətən biz milli komandamızın olduğu yerlərə gedirik. Mundial çox maraqlı olacaq. 30 gün hamımızı maraqlı futbol oyunları gözləyir. Fikrimcə, Braziliya yığmasının asanlıqla çempion olacağını deyənlər yanılır. “Sambaçı”lar güclü müqavimətlə rastlaşacaq.

- Sizin favoritinizi bilmək olar?
- Çempionluğa bir neçə namizəd var. Fikrimcə, Almaniya yığması Dünya Kubokunu qazanacaq. Gümüş medallar İspaniyanındır. Hər iki komanda indi yüksək səviyyədədir. Əlbəttə, digər komandaların da şansı var. Lakin “Bundestim”in gücü barədə artıq şərhə ehtiyac yoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.