11 iyun 2014 11:28
Qəbələ doğma arenasını Avropa Liqasının oyunlarına hazırlayır
“Qəbələ” Avropa Liqasının ikinci təsnifat mərhələsi oyunlarını doğma stadionda keçirə bilər. Azerisport.az xəbər verir ki, yaxın günlərdə UEFA buna icazə verə bilər.
Bu əsnada, şəhər stadionunda bu məqsədlə fəal hazırlıq işləri gedir. Artıq tribunalaraltı otaqlar hazırdır. Hazırda əsas mane olan projektorla quraşdırılır.
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinə çıxacağı halda, “Qəbələ” rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edə biləcək.
