11 iyun 2014 11:00
Şeffild Uensdey azarkeşləri klubun Məmmədov tərəfindən alınmasına şaddırlar
“Şeffild Uensdey” azarkeşləri klubun aksiyalarının Hafiz Məmmədov tərəfindən alınmasına şaddırlar. Azerisport.az xəbər verir ki, fanatlar öz sosial şəbəkələrində komandanın müvəffəqiyyətli gələcəyinə inandığını qeyd ediblər.
Xatırladaq ki, “Bakı” FK-nın prezidenti, həmyerlimiz Hafiz Məmmədov, həmçinin, Fransanın “Lans” klubunun sahiblərindəndir.
