11 iyun 2014 17:23
Bakının futbolçusu La Liqa klubuna keçir
"Bakı"nın müdafiəçisi Mario Pedro Alvares karyerasının İspaniyada davam etdirə bilər. Azerisport.az xəbər verir ki, 32 yaşlı futbolçu ilə La Liqanın debütantı "Eybar" yaxından maraqlanır.
Klub artıq Azərbaycanda çıxış edən futbolçu ilə danışıqlara başlayıb. Alvaresin də vətəninə dönmək ehtimalı yüksəkdi. Məsələ burasındadı ki, "Bakı"nın maliyyə problemləri ilə üz-üzə qalması, bu futbolçunun da Premyer Liqamızda qalmaq istəyini azaldır.
