11 iyun 2014 17:11

Britaniyalı jurnalistlər Hafiz Məmmədovun Şeffild Uensdeyi almasından yazdı

İngiltərə mətbuatı "Bakı"nın prezidenti, azərbaycanlı biznesmen Hafiz Məmmədovun bu ölkənin "Şeffild Uensdey" klubunun aksiyalarını satın almasına münasibət bildirib. Azerisport.az sizi britaniyalı jurnalistlərin açıqlamaları ilə tanış edir:

Martin Smit, "Features"in baş redaktoru: "Hafiz Məmmədov haqda çox şey bilməsəm də, klubu alması da çox gizli şəkildə həyata keçdi. Bu insan futbol biliyinə görə çox yaxşı təsir bağışlayır. Amma birdən-birə üç klubla ("Şeffild Uensdey"lə yanaşı, Məmmədov Fransanın "Lans" klubunun sahibi, Madrid "Atletko"sunun maliyyəçisidi - red.) əməkdaşlıq məlum problemlər yarada bilər. Ən azından onlara konsentrasiya olmaq baxımından".

Bob Uesterdeyl, "Sports"un baş redaktoru: "Uensdey"də indi sabitlik var. Hansı ki, əvvəllər yox idi. "Bayquşlar"ın azarkeşləri buna görə Milan Mandariçi həmişə xatırlayacaq. Ümid edirəm ki, bundan sonra bizi yaxşı transferlər gözləyir. Azarkeşlər klubun yeni sahibinin nə qədər pul xərcləyəcəyini bilmək istəyirlər. Yeni sahibkarın sayəsində uğurlar arta bilər. Amma bunun üçün böyük vaxt lazımdı".

Liam Houden, idman jurnalisti: "Bu insanın çoxlu pulu var. Yeni sahibkarın gəlişindən sonra ümid var ki, hədəflər böyüyəcək. Məsələn, Premyer Liqaya qayıtmaq. Yaxşı ki, danışıqlar tez yekunlaşdı. Amma Məmmədov tezliklə vacib məsələlərin qayğısına qalmalıdı. Baş məşqçi məsələsi, transferlər, klubun yeni hədəfləri indidən müəyyənləşməlidi".

Denni Holl, idman jurnalisti: "Bayquşlar" bu xəbəri artıq neçə il idi ki, gözləyirdi. Bu, klubun inkişafında yeni era sayıla bilər. Amma bu işdə Milan Mandariçin də xidmətləri unudulmamalıdı. Mandariç yuxulu nəhəngi fiaskodan xilas etdi və indi "Lans"ın sahibi bu komandanı yeni səviyyəyə qaldırmağa hazır görünür".

Pol Devis, "The Star"ın reportyoru: "Artıq çempionşip derbisində daha acı dad yarandı. Stüart Qreyin yeni büdcəni necə idarə edəcəyinə baxmaq çox maraqlı olacaq. Hansı ki, əvvəllər onun belə bir imkanı olmurdu".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.