11 iyun 2014 16:30
Cavid Hüseynov da XL-ə keçir
"Bakı"nın yarımmüdafiəçisi Cavid Hüseynov paytaxt klubu ilə yollarını ayırır. Azerisport.az xəbər verir ki, yığmamızın da şərəfini qoruyan futbolçu bundan sonra böyük ehtimalla "Xəzər Lənkəran"da çıxış edir.
Tərəflər arasında danışıqlara artıq start verilib. Əgər danışıqlar uğurla yekunlaşsa, Hüseynov növbəti mövsümdən "ağ-yaşıl" formanı geyinəcək.
