11 iyun 2014 16:00
Xəzər Lənkəran Vasluyun hücumçusu ilə razılaşa bilmədi
“Xəzər Lənkəran” Rumıniyanın Vasluy klubunun oyunçusu Mike Temvaneranı almaq niyyətində idi. Azerisport.az xəbər verir ki, “gəmiqayıranlar” afrikalı hücumçu ilə müqavilə bağlamağa yaxın olsalar da, saziş son anda baş tutmayıb.
32 yaşlı hücumçu 2009-cu ildən “Vasluy”da çıxış edir.
