11 iyun 2014 15:48
Açılış matçı yapona tapşırıldı
Dünya çempionatının açılış oyununu (Braziliya - Xorvatiya) idarə edəcək hakim bəlli olub. Azerisport.az xəbər verir ki, bu yaponiyalı Yuiti Nisimuradı.
Bu barədə FİFA-nın rəsmi saytı məlumat verib. 42 yaşlı Nisimura CAR-da keçirilən dünya çempionatında 4 oyun idarə etmişdi. Onlardan biri də 1/4 finalın Hollandiya - Braziliya oyunu olub.
A qrupunun Meksika-Kamerun oyunun baş hakimi isə Kolumbiyadan Vilmar Roldan olacaq. B qrupunun İspaniya-Hollandiya oyununu italyan Nikola Rissoli, Çili-Avstraliya qarşılaşmasını isə Kot d`İvuardan Numandi Du idarə edəcək.