11 iyun 2014 15:28
Millimizin rəqibləri heç-heçə oynadılar
Sarayevoda 17 yaşa qədər yeniyetmə komandaları arasında UEFA-nın mini-inkişaf turniri davam edir. Azerisport.az xəbər verir ki, yarışda millimizin rəqibləri olan Bosniya Herseqovina və Şotlandiya milliləri üz-üzə gəliblər və oyun məhsuldar heç-heçə ilə başa çatıb: 3:3
Xatırladaq ki, dünənki start oyununda millimiz Çernoqoriya üzərində 1:0 hesabı ilə qələbə qazanmışdı.
