11 iyun 2014 14:40

Associated Press: Ola bilsin ki, Hafiz Məmmədov Atletiko və Lansdan imtina etsin

Məşhur informasiya agentliyi “Associated Press” azərbaycanlı iş adamı, “Bakı” FK-nın prezidenti və Fransanın “Lans” klubunun sahiblərindən biri olan Hafiz Məmmədovun “Şeffild Uensdey” klubunu alması ilə bağlı süjet hazırlayıb. Azerisport.az süjeti diqqətinizə çatdırır:
“Azerbaijan. Landof Fire” brendi indi bütün dünyada dövr edir. “Bakı” FK-nın prezidenti Hafiz Məmmədov əvvəlcə, Madrid “Atletiko”su ilə müqavilə bağladı. Şayiələrə görə, klubun aksiyalarının yarısı ona məxsusdur. Sonra Fransanın “Lans” klubunun sahibi olaraq, komandanın yüksək liqaya çıxmasında böyük rol oynadı. Demək olar ki, “Lans” dağılırdı. O, müntəzəm kömək etdi və yekunda nəticəsini gördü. Təəccüblü deyil ki, Fransa klubunun azarkeşləri onun töhfəsini xüsusilə qeyd edirlər.
Yaxın günlərdə Məmmədov İngiltərənin “Şeffild Uensdey” klubunu aldı. Klub böhranda idi. Eyni zamanda bir neçə struktura borcu olan komandanın bəxti gətirdi. Məmmədov bildirib ki, onları dəstəkləyəcək. Beş ay qabaq ona bildirmişdilər ki, “Portu” və İngiltərənin bəzi klubları öz aksiyalarının bir hissəsini satırlar. O, öz seçimini İngiltərənin xeyrinə etdi.
Məmmədovun əməkdaşlıq etdiyi bütün klublarda o, öz ölkəsini təşviq edir. “Azərbaycan. Odlar Yurdu” - bu, ölkənin turistik şüarıdır. Azərbaycanda idmana böyük diqqət ayrılır. Demək olar ki, hər ay müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatları keçirilir. İndi bütün ölkə qarşıdakı Avropa Oyunları-2015-ə hazırlaşır. Növbəti ildə “Atletiko” və “Lans”ın məhz “Bakı-2015”-i reklam edəcəyi gözlənilir.
Hafiz Məmmədovun İspaniya, Fransa, İngiltərə kimi ölkələrlə əlaqələr qurması adi qiymətləndirilməməlidir. Bu iş adamı futbolu sevdiyi kimi, bunun vasitəsilə də güclü ölkələrlə münasibətlər qurur. Azərbaycanda onun təmsil etdiyi şəhərin adını daşıyan klubu var: “Bakı”. Son illər bu komanda medallar qazana bilmir və mükafatçılar sırasından kənarda qalır.
Hafiz Məmmədovun eyni zamanda üç klubla əməkdaşlığı gərgin iş təqvimindən xəbər verir. “Atletiko” ÇL-in finalına yüksələrək, İspaniya La Liqasını qazandı. “Lans” Liqa 1-ə çıxdı. İngiltərə klubunu hansı uğurlar gözlədiyi maraqlıdır.
Yeni sahibini tapmış kluba, yeni oyunçular almağa da razılıq verilib. Heyətin gücləndirilməsi üçün müəyyən məbləğ ayrılacaq. Əgər gələcəkdə azərbaycanlı futbolçuların İngiltərədə oynayacağını eşitsəniz, təəccüblənməyin. Digər maraqlı məqam, İngiltərə klubu ilə əməkdaşlığı nəzərə alsaq, “Atletiko” və “Lans”la müştərək iş davam edəcəkmi? Ola bilər ki, azərbaycanlı iş adamı bu klubların birindən imtina etsin”.
(Associated Press)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.