11 iyun 2014 13:48
Nəsimovun İnterə transferı alınmadı
"İnter" Bahodir Nəsimovun transferindən imtina edib. Azerisport.az xəbər verir ki, özbək futbolçu ilə bir illik müqavilə imzalanmalı idi.
Amma müayinə zamanı onun zədəsinin olduğu məlum olub. Nəsimov ən tez iki ay sonra məşqlərə başlayacaq. Bu səbəbdən "İnter" fikrini dəyişib və Nəsimova özünə başqa klub axtarmağı məsləhət görüb.
