11 iyun 2014 13:00
A kateqoriyalı məşqçi kursu keçiriləcək
İyulın 14-dən 19-dək (birinci mərhələ), sentyabrın 29-dan oktyabrın 04-dək (ikinci mərhələ), noyabr ayının 17-dən 22-dək və 24-dən 29-dək (üçüncü mərələ, birinci və ikinci hissə) Bakı şəhərində AFFA tərəfindən UEFA-nın "A" kateqoriyalı məşqçi kursu keçiriləcək. Azerisport.az xəbər verir ki, kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. "B" Lisenziya və diplomun surəti
Kursda iştirak üçün ödənişin məbləği 2000 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.
