10 iyun 2014 00:12

AFFA liqaların qaliblərini mükafatlandırdı

Ötən gün AFFA-nın inzibati binasında U-19, U-16 və U-15 liqalarının 2013/2014-cü il mövsümünün qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və futbol veteranı Rüstəm Rəhimov təqdim ediblər.
 
U-19 Liqasının 2013/2014–cü il mövsümündə 10 komanda, 271 oyunçu, 23 məşqçi qeydiyyatdan keçib və 135 oyun keçirilib. Liqaya 2013-cü il oktyabrın 5-də start verilib və 2014-cü il mayın 18-də yekunlaşıb. Mövsüm ərzində qapılara 531 qol vurulub. Turnirin ən məhsuldar oyunçusu 28 qolla "İnter" komandasının hücumçusu Bilal Qəmbərli olub. Liqada "Ən yaxşı oyunçu" "Qəbələ" komandasının oyunçusu Bəhlul Mustafazadə seçilib. U-19 liqasında 4-cü yeri "İnter", ikinci yeri isə "Qəbələ" komandası tutub. Liqanın qalibi adını "Bakı" komandası qazanıb.

U-16 Liqasının 2013/2014-cü il mövsümündə 15 komanda, 392 oyunçu, 31 məşqçi qeydiyyatdan keçib və 180 oyun keçirilib. Liqaya 2013-cü sentiyabrın 26-da start verilib və 2014-cü il mayın 25-də yekunlaşıb. Mövsüm ərzində qapılara 568 qol vurulub.
Turnirin ən məhsuldar oyunçusu 22 qolla "Qəbələ" komandasının hücumçusu Rövlan Muradov olub. Liqada "Ən yaxşı oyunçu" "Əlincə" komandasının oyunçusu Qara Qarayev deçilib. U-16 liqasında 3-cü yeri "Neftçi", 2-ci yeri isə "Bakı" komandası tutub.
Liqanın qalibi adını "Qəbələ" komandası qazanıb.
 
U-15 Liqasının 2013/2014-cü il mövsümündə 20 komanda, 463 oyunçu, 34 məşqçi qeydiyyatdan keçib və 210 oyun keçirilib. U-15 Liqaya 2013-cü il oktyabrın 1-də start verilib və 2014-cü il mayın 20-də yekunlaşıb. Mövsüm ərzində qapılara 739 qol vurulub.
Turnirin ən məhsuldar oyunçusu 34 qolla "Qəbələ" komandasının hücumçusu Elvin İmanlı olub. Liqada "Ən yaxşı oyunçu" "Qəbələ" komandasının oyunçusu Fərid Nəbiyev seçilib. U-15 liqasında 3-cü yeri "İnter", 2-ci yeri isə "Neftçi" komandası tutub. Liqanın qalibi adını "Qəbələ" komandası qazanıb. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.