10 iyun 2014 12:12
Oğuz Çətin Türkiyəyə yola düşüb
“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin Türkiyəyə yollanıb. Azerisport.az xəbər verir ki, səfər zamanı Çətin komandanın hazırlıq məkanı üçün yer seçəcək.
Məşqçi həmçinin transferində maraqlı olduğu futbolçularla danışıqlar aparacaq. Sonda Oğuz Çətin heyətdə görmək istədiyi futbolçuların yekun siyahısını rəhbərliyə təqdim edəcək.
Qeyd edək ki, məşqçinin azərbaycanlı futbolçulardan maraqlandığı adlar klub rəhbərliyinə təqdim olunub.
