10 iyun 2014 20:33
Adrian Pit vətənə dönməyin əleyhinə deyil
“Xəzər Lənkəran”ın rumıniyalı yarımmüdafiəçisi Adrian Pit vətənə dönməyin əleyhinə deyil. Azerisport.az xəbər verir ki, Pit Klujun “Universitatya” klubuna keçə bilər.
Artıq klub təmsilçiləri Pitə təklif ediblər. Yeri gəlmişkən, Pit üç mövsüm qabaq bu klubda çıxış edib.
Maraqlıdır ki, ötən mövsüm Klujdan olan kluba “Simurq”un futbolçusu Raul Kostin keçmişdi.
