10 iyun 2014 19:19
AZAL-ın fanatları Tərlan Əhmədova istefa haqda xatırlatma ediblər
AZAL-ın fanatları yeni mövsümdən narahatdırlar. Azerisport.az xəbər verir ki, ötən mövsüm başa çatdıqdan sonra “təyyarəçilər” on bir futbolçu ilə yollarını ayırıblar.
Son itki isə müdafiəçi Aleksandr Şemonyayevin “Simurq”a geri dönməsi olub. Klubun “Facebook”dakı fan-səhifəsində qeyd edilir ki, klub bu gedişlə yüksək yerlə tuta bilməz və o zaman baş məşqçi Tərlan Əhmədov istefa ilə bağlı çağırışlar eşidəcək.
