10 iyun 2014 18:55
Zestafoninin idman direktoru: Gelaşvilini almaq istəyirdik
Gürcüstanın “Zestafoni” klubunun idman direktoru Mixail Xutsişvili azerisport.az saytına açıqlamasında bildirib ki, onlar “Qarabağ”ın hücumçusu Nikoloz Gelaşvilini almaq istəyiblər:
“Bilirdik ki, Gelaşvilinin “Qarabağ”la müqaviləsi var. Avrokuboklarda çıxış edəcəyimizi nəzərə alsaq, Avropada çıxış təcrübəsi olan gürcü futbolçuları almaq istəyirdik. Gelaşvili bu qəbildən olan futbolçudur. Həmçinin, o, vaxtilə bizdə çıxış edib. O zaman onu Almaniyanın “Bohum” komandasına yaxşı qiymətə satdıq. Buna rəğmən, alınmadı və Gelaşvili “Qarabağ”da qaldı”.
