10 iyun 2014 18:22
Sumqayıt FK akademiyasının məşqçiləri ilə görüş keçirilib
Bu gün "Sumqayıt" Futbol Klubunun akademiyasında çalışan məşqçi heyəti arasında görüş keçirilib. Azerisport.az xəbər verir ki, iclasda klubun prezidenti Kamran Quliyev, texniki direktor Frank Bernhartd iştirak edib.
Görüş zamanı klubun AFFA tərəfindən təşkil olunacaq liqalarda iştirak edəcək qruplar üzrə çalışan məşqçilərlə fikir mübadiləsi aparılıb. Görüşdə mütəxəssislərin təklifləri dinlənilib, rəhbərlik və texniki direktor Frank Bernhartd tərəfindən bəzi tövsiyələr verilib.
