10 iyun 2014 17:33
Neftçinin iki rəqibi müəyyənləşdi
“Neftçi” Türkiyə toplanışı çərçivəsində yoldaşlıq oyununda gücünü sınayacağı iki rəqibini müəyyən edib. Klubun mətbuat xidmətindən azerisport.az saytına verilmiş məlumata görə, “Çixura” (Gürcüstan) və “Əl-Tavon” (Səudiyyə Ərəbistanı) komandaları “Flaqman”ın rəqibləri olacaqlar.
“Neftçi” 12-18 iyun aralığında Bolu toplanışı çərçivəsində bu komandaları sınağa çəkəcək.
Qeyd edək ki, ölkə futbolunun bayraqdarı toplanışın ikinci mərhələsini 1-12 iyul aralığında Avstriyada keçirəcək.
