10 iyun 2014 17:11
Vasluy klubunun vitse-prezidenti: Əminəm ki, Kaue Vasluyda olduğu kimi, Neftçidə də fayda verəcək
Rumıniyanın “Vasluy” klubunun vitse-prezidenti Adrian Yordaşe azerisport.az saytına açıqlamasında braziliyalı yarımmüdafiəçi Kauenin komandasından “Neftçi”yə transferi haqda fikrini bildirib:
“Klubumuz onu 2012-ci ildə “Olyanense”dən alıb. Düzünü etiraf edim, onun bu qədər faydalı olacağını gözləmirdik. Kaue “Vasluy”un aparıcı oyunçusu hesab edilirdi. Sonra onu “Neftçi” almaq istədi. Danışıqlardan sonra razılığa gəldik və transfer baş tutdu. O, güclü oyunçudur. Fiziki nöqteyi-nəzərdən, həmçinin. Əminəm, o, “Neftçi”yə fayda verəcək”.
