10 iyun 2014 15:00
Hacıbala Abutalıbov DÇ-dəki favoritlərini saydı
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov futbola olan sevgisindən danışıb. Azerisport.az xəbər verir ki, Abutalıbov dünya çempionatında azarkeşlik edəcəyi yığmanın da adını açıqlayıb:
"Ölməkdən qorxmuram, lakin futbola baxa bilməyəcəyimdən qorxuram. İşlə əlaqədar, dövlət tədbirləri və sair olmadığı təqdirdə, dünya çempionatının bütün oyunlarını izləyəcəyəm. Braziliya yığmasını, Türkiyəni sevirəm, "Qarabağ"ı sevirəm, sonda isə "Neftçi"ni sevirəm. Bəli, bu komandalar mənim favoritimdirlər. Kiyev "Dinamo"su da həmçinin. Builki çempionatda da Braziliya millisinin çempion olacağını arzulasam da, Almaniyanın buna imkan verməyəcəyini düşünürəm”.
