10 iyun 2014 14:22
Yunanlar Çumbinyoya yenə maraq göstərirlər
“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Çumbinyo Yunanıstan klublarının maraq dairəsini düşüb. Azerisport.az xəbər verir ki, 27 yaşlı futbolçu ilə OFİ və “Asteras” maraqlanır.
Ancaq Çumbinyonun bu yay avrokuboklarda iştirak edəcək komandamızın heyətini tərk edəcəyi inandırıcı deyil.
Xatırladaq ki, braziliyalı ölkəmizə məhz Yunanıstandan gəlib. O, müqavilə ilə “Olimpiakos”a məxsus idi. Çumbinyo icarə əsasında elə həmin OFİ və “Asteras”da çıxış edib. Həmçinin, “Panserraikos” və “Levadiakos”da forma geyib.
