10 iyun 2014 01:00
Sloveniya yığmasının oyunçusu Arazı tərk edə bilər
“Araz” futzal klubu Sloveniya yığmasının oyunçusu Kristian Çuyekin xidmətlərindən imtina etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, Çuyek başqa komandalardan təkliflər alıb:
“Araz”da qalıb-qalmayacağımı hələ bilmirəm. Başqa klublardan təkliflər var. Hələ qərar qəbul etməmişəm. Yaxın günlərdə hər şey məlum olacaq”, deyə Çuyek bildirib.
