10 iyun 2014 13:11
Rauf Əliyev Xəzər Lənkəranın təklifindən danışdı
"Bakı"nın futbolçusu Rauf Əliyev komandanı tərk edəcəyi ilə bağlı yayılan xəbərə münasibət bildirib. Azerisport.az xəbər verir ki, futbolçu “Xəzər Lənkəran” tərəfindən olan təklifi təsdiqləyib:
"Bir neçə təklif almışam. Hazırda heç bir klubla danışıq apara bilmirəm. Çünki, müqavilə ilə "Bakı"ya məxsusam. İyunun 25-i komandamız toplaşır. Ondan sonra hər şey məlum olacaq. Hazırda bizə hazırlıq və digər məsələlərlə bağlı məlumat verməyiblər. Gözləyirik, hər şey həll olunsun. Müqaviləm olduğu üçün heç kimlə danışıq aparmıram. Baş məşqçi qayıtsın, bundan sonra məsələ aydın olar".
