9 iyun 2014 21:00
Yuri Syomin: Mordoviyanın təklifi üzərində düşünməmişdim
“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin bildirib ki, Rusiyanın “Mordoviya” klubundan gəlmiş təklif üzərində çox düşünməyib. Azerisport.az xəbər verir ki, Syomin bunları söyləyib:
“Mordoviya”nın təklifi üstündə çox düşünməmişəm. Baxmayaraq ki, buna qədər bir qədər istirahət etməyi, dostlarımla dünya çempionatına getməyi nəzərdə tutmuşdum, demək olar ki, dərhal razılaşdım. Ancaq bütün biletlər təhvil vermək, nəzərdə tutulmuş ekskursiya, səfər və görüşlərdən imtina etməli oldum”.
(AiF.ru)
Xatırladaq ki, Syomin “Qəbələ”ni ölkə Kubokunun finalında “Neftçi”yə məğlubiyyətdən sonra tərk etmişdi.
