9 iyun 2014 20:33
Simurq Polyakla razılaşa bilmir
“Simurq” xorvat yarımmüdafiəçisi Stepan Polyakı komandada saxlamaq istəyir. Azerisport.az xəbər verir ki, buna rəğmən, tərəflər ortaq məxrəcə gələ bilmirlər.
Futbolçunun meneceri ilə danışıqlar müsbət nəticələnməyib.
Polyak saytımıza bildirib ki, hələ “Simurq”la müqavilə bağlamayıb: “Hər şeyin necə olacağını bilmirəm”, deyə futbolçu açıqlayıb.
