9 iyun 2014 11:26

“Mançester Yunayted Yay Futbol Məktəbi” Gündəliyi: 5-ci Gün.

Futbol nədən başlayır?

Futbol uşaqlıqdan başlayır. Uşağın varlı və ya kasıb ailədən olmağından asılı olmayaraq. Ailənin maddi vəziyyəti burada heç bir rol oynamır. Hətta məncə, imkansız ailənin uşaqlarının şansı daha çoxdur, nəinki... Nəinki digərlərinin. Dünya futbolunda bunun bir çox nümunələri var.

Bizim ölkəmizdə milli futbolla bağlı istənilən mübahisənin nəticəsi demək olar ki, hər dəfə standart fraza ilə bitir. Və bütün tərəflər bu fraza ilə razılaşır — futbolu uşaqlıqdan inkişaf etdirmək lazımdır.

Düzünə qalsa, mən indiki “professional futbolçularımız”ın uşaq və gənc ikən futbola atdığı addımları görməmişəm. Ona görə deyə bilmərəm ki, bizdə indi uşaq futbolu hansı səviyyədədir. Ancaq yenə də indiki futbolçularımızın səviyyəsi tam olmasa da, müəyyən mənada bizdə fikir yaradır ki, onların uşaq ikən oynadığı futbol necə olub. Hələ bəziləri haqqında verilən son açıqlamalardan sonra nümunələr göstərib başınızı ağrıtmaq istəmirəm. Həm də ona görə ki, mənim Azərbaycandakı uşaq futbolunun ən yaxşı nümayəndələri ilə tanış olmaq və bəzi məsələləri aydınlaşdırmaq imkanım olub. “Bizdə nə vaxtsa normal futbol olacaq?”

Mən 5 gün ərzində Azərbaycanın 32 vunderkind futbolçusunun həm fiziki, həm nəzəri məşqini izlədim.

Təlimlər “Mançester Yunayted”də uşaq-gənc futbolu ilə məşğul olan məşqçilər tərəfindən həyata keçirildi. Ciddi məşq, qidalanma, yuxu və istirahət rejimi ilə uşaqlar müasir futbolun incəliklərini az bir müddət ərzində olsa belə öyrəndi.

Onlar uşaqlara sona kimi mübarizə aparmağı, var gücü ilə oynamağı öyrətdilər və uşaqlar bu tapşırıqlara əməl etdikcə inandılar ki, futbolu belə oynadıqları zaman onlardan çox şey asılı olacaq. Bu isə müasir futbolun əsas prinsiplərindən biridir.

“Mançester Yunayted Yay Futbol Məktəbi”ndə keçirdiyim vaxt ancaq xeyrimizə oldu. Bu təkcə təlimlərdə iştirak edən uşaqlara aid deyil,  həm də mənə bir insan kimi ölkə futbolunun inkişafı çox maraqlıdır.

Və budur, axırıncı gün. Məşqçilər uşaqlar arasından beşini seçməlidirlər. Uşaqların qarşısında bu layihənin ərsəyə gəlməsində çox böyük əmək vermiş, bütün Azərbaycanı qarış-qarış gəzmiş Bakcell və AFFA-nın nümayəndələri dayanıb. Əvvəlcə hamı medalla təltif olunur. Medalları Mançester Yunayted klubunun əfsanəvi futbolçusu Dvayt York özü verir. Uşaqların hamısı Mançesterə getməyə can atır. Bu onların məqsədidir. Çünki onlar artıq məqsədyönlü olmağı öyrəniblər.

Və məşqçi finalçıların adını açıqlayır.

 1.Səmədov Vəlihad

2.Məmmədov Zərrar

3.Abbasov Əli

4.Nasirli Ramin

5.Dövlətxanov Turaxan

Hamı finalçıları alqışlayır və uğurlar arzulayır.



Ortaya belə bir sual çıxır: “Axrıncı dəfə hansı azərbaycanlı futbolçunu məğlub olduğu üçün meydançanın ortasında ağladığını görmüsünüz?” Mənim yadıma gəlmir. Ancaq bilirəm. Bilirəm ki, Bəhram Bağırzadənin bizim futbolçulara çatdırmaq istədiyi məhz bu idi. Beşliyə düşməyən uşaqların gözləri dolmuşdu. Yox, gözləri dolmamışdı – onlar ağladılar! Elə ağladılar ki, hətta əfsanəvi York özünü saxlaya bilmədi və bir-bir onları sakitləşdirdi. Bu, heç də göz yaşı deyildi. Bu, əsl kişi emosiyaları idi. Bu, hal-hazırda bizim futbolumuzun ən böyük çatışmazlığı idi.

Emin Əfəndi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.