9 iyun 2014 18:25
Qarabağın sabiq forvardı Dinamoda
"Qarabağ"ın sabiq hücumçusu Jaba Dvali özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, ağdamlıların heyətində icarə əsasında çıxış etmiş futbolçu əvvəlki klubuna qayıdıb.
Belə ki, Dvali bundan sonra yenə də Tiflis "Dinamo"sunda çıxış edəcək. O, klubla yeni müqavilə də imzalayıb.
