9 iyun 2014 17:55

Azad Rəhimovdan Caspian Cup açıqlaması

Xəbər verdiyimiz kimi, mayın 28-dən iyunun 6-dək ölkəmizdə sayca 4-cü "Caspian Cup" beynəlxalq turniri keçirilib. Azerisport.az xəbər verir ki, 12 komandanın iştirak etdiyi yarışın qalibi İran komandası olub.

Gənclər və idman naziri Azad Rəhimov başa çatan turnirlə bağlı təəssüratlarını AFFA-nın rəsmi saytına bildirib:
 
“Azərbaycan son illərdə beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmağa başlayıb. Bunun səbəbi müxtəlif idman növləri üzrə idmançılarımızın əldə etdiyi nailiyyətlər, eləcə də Bakıda və respublikamızın digər şəhərlərində təşkil olunan mötəbər turnirlərdir. Sevindirici haldır ki, futbol yarışları da bu baxımdan istisna deyil. 2010-cu ildən etibarən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında "Caspian Cup" beynəlxalq turniri keçirilir. Bu turnir ilk dəfə təşkil olunduğu zaman bildirilmişdi ki, yarış ənənəvi xarakter daşıyacaq və çox müsbət haldır ki, 4 il öncə səsləndirilən bu fikir həyata keçdi. Artıq "Caspian Cup" ənənəvi bir turnirdir və burada təkcə Avropanı deyil, digər qitələri də təmsil edən komandalar iştirak edir. İndiyə qədər bu turnirdə İspaniya, Türkiyə, Amerika Birləşmiş Ştatları, Uruqvay, Yaponiya və futbol sahəsində ciddi uğurlara nail olmuş digər ölkələrin komandaları çıxış edib və turnirdən məmnunluqlarını dilə gətiriblər. Bu il Asiya Futbol Konfederasiyasının üzvü olan İran yığması ilk dəfə olaraq turnirdə iştirak etdi və bütün oyunları yüksək səviyyədə keçirərək 4-cü "Caspian Cup" beynəlxalq turnirinin qalibi oldu. Bu fakt da özlüyündə "Caspian Cup" turnirinin sərhədlərinin təkcə Avropa ilə məhdudlaşmadığını göstərir.

İnanıram ki, bu turnir gələcək illərdə də böyük müvəffəqiyyətlə təşkil olunacaq və biz maraqlı oyunların, idman mübarizəsinin şahidi olacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.