9 iyun 2014 16:00
Sumqayıt yeni baş məşqçisinin adını açıqladı
"Sumqayıt" Futbol Klubu 2014/2015-ci illər mövsümü üçün planlarını həyata keçirməkdədir. Azerisport.az xəbər verir ki, əvəzedici komandada dəyişiklik olub.
Mehman Yunusov növbəti mövsüm əvəzedici komandanın baş məşqçisi olacaq. Adıçəkilən mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mehman Yunusov əsas komandada Aqil Məmmədovun köməkçisi idi.
(Klub saytı)
